Türkiyə parlamentində gərginlik Kürdcə danışan deputatın mikrafonu söndürüldü

15.05.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Böyük Millət Məclisində (TBMM) kürdlərin siyasi tşkilatı sayılan DEM Partiyasının deputatı Gülistan Koçyiğitlə bağlı gərginlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kürdcə çıxış etmək istəyən deputatın mikrafonu iclasa sədrlik edən MHP-li TBMM sədrinin müavini Celal Adan tərəfindən mikrafonu söndürülüb.

Deputat isə bu hərəkətə etiraz edib: "Cənab başqan, hörmətli millət vəkilləri, yenə mikrofonumu söndürdünüz. Xahiş edirəm, bu, iclasın protokoluna yazılsın..."

Lamiyə Əhmədli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью