Türkiyə parlamentinə ekologiya haqqında ilk qanun layihəsi təqdim edilir AZƏRTAC

22.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ankara, 22 yanvar, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ölkə tarixində ilk dəfə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində addımlar üçün tənzimləyici baza yaratmaq məqsədi daşıyan “Ekologiya haqqında” Qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi 2053-cü ilə qədər atmosferə zərərli emissiyaların sıfıra endirilməsini, bərpaolunan enerji mənbələri hesabına enerji tutumunun artırılmasını və hər yerdə yaşıl texnologiyaların tətbiqini nəzərdə tutur.

Normativ akt ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanlarının səlahiyyət və vəzifələrini müəyyən edəcək.

Regional İqlim Fəaliyyət Planları vaxtaşırı hazırlanacaq.

Türkiyə emissiya ticarəti sistemini tətbiq etməyi planlaşdırır və müəssisələrdən atmosferə zərərli qazlar buraxmaq üçün lisenziyalar tələb olunacaq.

Türkiyənin Ticarət Nazirliyi “Karbon sərhədlərinin tənzimlənməsi mexanizmi”ni də işə salacaq

Vəzifələrdən biri də yaşıl investisiyaları stimullaşdırmaq və yaşıl taksonomiya sahəsində səyləri gücləndirmək olacaq.

“Ekologiya haqqında” Qanunu pozanları ciddi sanksiyalar və vaxtaşırı monitorinqlər gözləyir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью