Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Ankara, 11 iyun, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclasında iştirak etmək üçün iyunun 11-də Qazaxıstana səfərə yola düşəcək.
Türkiyə parlamentindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə parlamenti sədrinin də çıxışı nəzərdə tutulan tədbirdən sonra TÜRKPA-ya sədrlik Qazaxıstan Parlamenti Məclisinin sədri Erlan Koşanova keçəcək.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara