Türkiyə PKK ilə mübarizədə İrandan dəstək istəyib

10.01.2025

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Biz İranla yaxşı olan qonşuluq əlaqələrimizi davam etdirmək istəyirik.
Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan brifinqdə deyib.
Nazir bildirib ki, Türkiyə PKK ilə mübarizədə İranın onları dəstəkləmələrini istəyir: “Bunu dəfələrlə İrana da demişik. Bu sirr deyil ki, biz Türkiyə olaraq, sadəcə İrandan deyil, ABŞ, kim olur-olsun, bizimlə düşmən olan qruplaşmaya dəstək verməməsini tələb edirik. Biz silahlı mübarizə aparan heç bir qüvvəyə dəstək vermirik, onlar da bizlə düşmən olan silahlı qruplaşmaya dəstək verməsinlər. Yeni dönəmdə fərqli siyasət yürüdəcəklərinə inanıram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью