Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Türkiyədə yenidən "Kürd açılımı" siyasətinə start verilib.
Türkiyə rəhbərliyi PKK terror təşkilatına son verməyi, Türkiyənin tam təhlükəsizliyini təmin etməyi hədəfləyir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Türkiyə prezidenti bu sürəci MHP lideri D Baxçalı vasitəsilə həyata keçirir.
İmralı həbsxanasinda cəza çəkən PKK terror təşkilatının lideri A. Öcalanla danışıqlar aparılıb.
Kürdlərin DEM partiyası rəhbərliyi MHP lideri ilə görüşlər keçirdi: "Demek olar ki, proses müsbət istiqamətdə davam edir.
Danışıqlar baş tutarsa, A.Öcalan PKK silahı yerə qoyacağına çağırış edəcək və bu terror təşkilatına son veriləcəyini açıqlamalıdir.
Məhz Türkiyə rəhbərliyinin yeni açılım siyasəti müsbət nəticə verə bilər. Birinci, çünki regional və beynəlxalq şərtlər dəyişib.