Türkiyə pleyoffda Macarıstana rəqib oldu

22.11.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Bu gün UEFA Millətlər Liqasında 1/4, 1/2 və eləcə də pley-off mərhələsinin püşkü atılıb.

Sfera.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə millisinin də A Liqasına yüksəlmək uğrunda pley-offdakı rəqibi bilinib.

“Ay ulduzlular” A Liqasında qrupu 3-cü pillədə tamamlamış Macarıstana rəqib olub.

1/4 final

Niderland – İspaniya


Danimarka – Portuqaliya


Xorvatiya – Fransa


İtaliya – Almaniya

Pley-off mərhələsi

A Liqası uğrunda pley-off

Türkiyə – Macarıstan


Ukrayna – Belçika


Avstriya – Serbiya


Yunanıstan – Şotlandiya

B Liqası uğrunda pley-off

Kosovo – İslandiya


Bolqarıstan – İrlandiya


Ermənistan – Gürcütan


Slovakiya – Sloveniya

C Liqası uğrunda pley-off

Cəbəllütariq – Latviya


Malta – Lüksemburq

Qeyd edək ki, 1/4 və pley-off oyunları gələn il 20-23 mart tarixlərində keçiriləcək. İyunun 4-5-də 1/2, iyunun 8-də isə 3-cü yer və final uğrunda matçlar olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью