Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb.
"Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdində olduqları müəyyən edilən şübhəlilərə qarşı keçirilən əməliyyatda 7 şübhəli şəxs yaxalanaraq saxlanılıb", - paylaşımda bildirilib.
Qeyd olunub ki, cinayət şəbəkəsinin hər halqasını ifşa olunacaq, qruplaşmalara qarşı mübarizə davam etdiriləcək.