Türkiyə Polşaya panel körpülər göndərir

18.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Türkiyə Silahlı Qüvvələri seldən zərər çəkmiş Polşada panel körpü inşa edəcək.

Bakıvaxtı.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Polşa sentyabr ayında Nysa bölgəsində 22 nəfərin həyatını itirdiyi daşqından sonra yardım üçün Türkiyəyə müraciət edib.

Çağırışa biganə qalmayan Milli Müdafiə Naziri Yaşar Gülər göstəriş verərək Türkiyə Silahlı Qüvvələrini Polşaya müvəqqəti panel körpüsü qurmaq üçün hərəkətə keçirib.

Körpünün quraşdırılması başa çatdıqdan sonra yaxın vaxtlarda bölgəyə hərbi qulluqçuların göndərilməsi planlaşdırılır. 

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью