Türkiyə Prezidenti: Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək

10.12.2024

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İl Başqanları toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək:
“Türkiyə olaraq Suriyanı bu səviyyəyə çatdırmaq üçün böyük fədakarlıqlar etdik. Biz bunu şikayət edərək deyil, məmnunluqla etdik. Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. Onların (suriyalıların-red.) öz evlərinə qaytarılması məsələsində heç bir təxribatı qəbul edə bilmərik. Bəzi insanların güvəndikləri qüvvələrdən aldıqları cəsarətlə bölgəni fəlakətə sürüklənməsinə tamaşa etməyəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью