Статья не опубликована
Türkiyə prezidenti ilə NATO lideri arasında telefon danışığı olub | Icma.az

Türkiyə prezidenti ilə NATO lideri arasında telefon danışığı olub

10.12.2024

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

Görüşdə Suriyadakı son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Suriyada vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasını müdafiə edir.

Prezident Ərdoğan Suriyanın Suriya xalqı tərəfindən idarə edilməli olduğunu və Türkiyənin terrorsuz və bütöv bir Suriyanın qurulması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.

Mövsüm

Aznews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью