Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

13.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 13 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səudla telefon danışığı aparıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər regionda baş verən son hadisələri, o cümlədən Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarını müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə insanların həlak olması ilə əlaqədar kədərini ifadə edərək başsağlığı verir və husilərin hərəkətlərini qətiyyətlə pisləyir.

O, həmçinin qeyd edib ki, Ər-Riyadla həmrəylik bundan sonra da davam etdiriləcək və krallığın qarşılaşdığı çətinliklər tezliklə aradan qaldırılacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью