Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı və Misirə səfərə yola düşür

03.02.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ankara, 3 fevral, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ilin ilk xarici səfərləri üçün Səudiyyə Ərəbistanı və Misirə yola düşür.

AZƏRTAC xəbər verir ki, Prezident Ərdoğan Ər-Riyadda vəliəhd şahzadə Muhammed bin Salman, Qahirədə isə həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşəcək.

Türkiyə liderinin ikigünlük danışıqlarında regional inkişaf prosesləri və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdir.

Vaşinqton ilə Tehran arasındakı gərginliyin, eləcə də Suriyadakı vəziyyətin müzakirə olunacağı da gözlənilir.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza “Sülh Şurası” üçün ayrıca gündəm maddəsi planlaşdırılır.

Qahirədə Misir-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası da keçiriləcək. Prezident Ərdoğanın, həmçinin Türkiyə-Misir Biznes Forumunda iştirakı planlaşdırılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью