Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Beynəlxalq ictimaiyyət təəssüf ki, 13 il ərzində Suriya xalqı qətliama məruz qaldığı zaman lazım olan dəstəyi vermədi.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bundan sonra Suriyanın dirçəlməsi üçün qonşu, dost ölkələr, həmçinin Aİ və digər beynəlxalq təşkilatların dəstəyinə ehtiyac var.