Türkiyə Prezidenti Suriyanın yeni xarici işlər nazirini qəbul edib AZƏRTAC

15.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 15 yanvar, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Suriyanın yeni hökumətinin xarici işlər nazirini Əsaad Həsən əl-Şibanini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasında bağlı qapılar arxasında keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Suriya xarici siyasət idarəsinin rəhbərinin səfər proqramına Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanla görüşlər də daxildir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью