Türkiyə Prezidenti: Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib

10.12.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Suriyadakı son hadisələr müzakirə edilib.

Qeyd olunub ki, Prezident Ərdoğan Suriyanın terror ünsürlərindən təmizlənməsi, birliyinin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, bütün etnik və milli mənsubiyyətlərə aid olan suriyalıların qarşıdaki dövrdə sülh içində yaşaması üçün ölkəsinin güclü dəstəyini davam etdirəcəyini bildirib.

Bundan əlavə, Türkiyə suriyalıların ləyaqətli, təhlükəsiz və könüllü olaraq ölkələrinə qayıtmaları üçün prosesin planlaşdırıldığını, Suriyanın yenidən qurulması istiqamətində görülən işlərin geri dönüşləri sürətləndirəcəyini də bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью