Türkiyə Prezidentindən xəbərdarlıq: Onlar da hədəfdə olduqlarını anlayacaqlar

31.10.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Türkiyə dünyanın heç bir yerində zülmə razı olmayacaq, haqsızlıq qarşısında susmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən TRT World Forumda çıxışında bildirib.

“Bu gün istər Qəzza, istər Əfqanıstan olsun, məzlumların ölümünə öz problemləri kimi baxmayanlar gerçək vəziyyətin heç də belə olmadığını öyrənəcəklər. Böhranları önəmsəməyənlər öz övladları da daxil olmaqla, parlaq gələcək vəd edə bilməzlər. Haqsızlıq qarşısında susan şəxs o haqsızlığa ortaq olmuşdur. Zülmə razılıq göstərmək də bir zülmdür. Biz zülmə razı ola bilmərik. Haqsızlıq qarşısında susanlardan ola bilmərik. Bu qədər imkana, bu qədər texnologiyaya baxmayaraq Asiyadan Afrikaya qədər uşaqlar ölməyə davam edirsə, hamımız özümüzü sorğulamalıyıq, - o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью