Türkiyə Prezidentinin oğlu Bilal Ərdoğan Gəncədə Şəhidlər xiyabanını ziyarət edib FOTO | I…
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan 20 Yanvar - Ümumxalq Hüzn Günündə Gəncədə Şəhidlər xiyabanını ziyarət edib.
APA-nın yerli bürosunun məlumatına görə, Bilal Ərdoğan Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edib, gül dəstələri qoyub.
Qeyd edək ki, anım tədbirində şəhid ailələri, qazilər, polis və prokurorluq əməkdaşları, millət vəkilləri, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
QMİ-nin Gəncə bölgəsi üzrə qazısı Hacı Tahir Abbasov Bilal Ərdoğana Quran hədiyyə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu