Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Azad Suriya Ordusunun generalı Ziyad Hacı Ubeyd PKK/YPG terror təşkilatının böhran için
General 25 min suriyalı əsgərin işğal altında olan ərazilərin sərhəd məntəqələrində yerləşdirildiyini bildirib.
Hacı Ubeydin sözlərinə görə, son 20 gün ərzidə 7-8 min terrorçu qaçıb.
O, Təkcə Rakkada PKK sıralarından qaçan 75 ərəb əsilli terrorçunun dağ bölüyü tərəfindən məhv edildiyini deyib.
Bununla yanaşı Türkiyə rəsmiləri də Suriya ərazisində terrorçulara ciddi zərbələr endirildiyini açıqlayıblar.
Azad Suriya Ordusunun yeni hədəfi haradır? Kürdlərin məskunlaşdığı bölgədə əməliyyatlar başlaya bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Türkiyənin terrorçulara qarşı mübarizəsində yeni mərhələyə gətirib çıxardı: “Dəməşqdə hakimiyyət dəyişikliyi Türkiyənin terrorla mübarizəsinə və öz təhlükəsizliyini təmin etməsinə kömək edəcək.
Azad Suriya Ordusu da bu məsələdə rəsmi Ankaranın maraqlarına xidmət edə bilər.