Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Taiz vilayətinin hava məkanında Səudiyyə Ərəbistanına məxsus Türkiyə istehsalı “Bayraktar Akıncı” kəşfiyyat-zərbə PUA-sını vurub.
Avtosfer.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya bildirib.
“Səudiyyəyə məxsus “Bayraktar Akıncı” kəşfiyyat-zərbə pilotsuz uçan aparat Taiz vilayətinin hava məkanında missiya yerinə yetirərkən Yəmən silahlı qüvvələri (husilər) tərəfindən vurulub”, - o iddia edib.