Türkiyə Putin Tramp görüşünü təşkil etməyə hazır olduğunu bildirib

18.02.2025

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə hakimiyyəti Amerika və Rusiya liderləri arasında görüş təşkil etməyə, Ukrayna üzrə danışıqlara hər cür dəstəyi verməyə hazırdır.
Demokrat.az
xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Mənbə bildirib ki, diplomatik kanallar vasitəsilə daim siqnallar verilir, liderlərin görüşünə qədər istənilən vasitəçiliyə hazırdırlar.
Fevralın 18-də  Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar başa çatıb. 4,5 saat davam edən görüşdə digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili müzakirə olunub.
ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna üzrə danışıqlar qruplarının yaradılması barədə razılığa gəliblər. 
Əfsanə Kamal
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью