Türkiyə Qara dəniz razılaşması üçün danışıqlar aparır

16.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Rusiya və Ukrayna arasında Qara dəniz məsələsində razılaşma əldə olunması üçün diplomatik səylərini artırıb.

Bakıvaxtı.az xəbər verir ki,Türkiyənin xarici işlər naziri Hakan Fidan “Ukrinform” agentliyinə açıqlamasında bildirib ki, Ankara bu istiqamətdə tərəflərlə danışıqlar aparır və təkliflər irəli sürüb.

Nazirin sözlərinə görə, tərəflərdən cavablar alınıb və hazırda qarşılıqlı məqbul yanaşmanın hazırlanması üçün həmin cavabların əlaqələndirilməsi istiqamətində iş aparılır.

Fidan Türkiyənin razılaşma əldə etmək üçün səylərini artırdığını vurğulayıb. O, lazımi təşəbbüslərin bu məqsədə çatmağa imkan verəcəyinə ümid etdiyini bildirib.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью