Türkiyə Qara dəniz və Xəzərlə bağlı ÇAĞIRIŞ ETDİ

07.08.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Rusiya və Ukraynaya Qara dəniz və Xəzər dənizində müharibə aparmamağı məsləhət görür.

Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra yayılan bəyanatda bildirilib.

Qeyd edilib ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində Qara və Xəzər dənizləri qarşıdurma zonalarına çevrilməməlidir. 

Görüş iştirakçıları, həmçinin, İran və ABŞ arasında yenidən qarşıdurmanın region ölkələri və qlobal ticarət yolları üçün yaratdığı riskləri vurğulayıblar. Bütün tərəfləri güc tətbiqindən çəkinməyə və davamlı sülhü təmin etmək üçün danışıqlara qayıtmağa çağırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью