Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyə Qara dənizdə Novorossiyskə doğru hərəkət edən kommersiya gəmilərinin hərəkətini məhdudlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb.
Qeyd olunub ki, artıq bir neçə gəmi Dardanel boğazından keçmək üçün tranzit icazəsi ala bilməyib.
Mənbələr jurnalistlərə bildiriblər ki, məhdudiyyət Ukraynaya doğru hərəkət edən gəmilərə də şamil olunur. Bununla bağlı rəsmi açıqlama verilməyib. Lakin müəlliflər qeyd edirlər ki, qərar Türkiyə hökumətinin bölgədə Rusiya və Ukrayna gəmilərinə, eləcə də Türkiyəyə məxsus gəmilərə qarşı hücumların getdikcə daha da artması ilə bağlı narahatlığının yüksəlməsi ilə əlaqədardır.
Bildirilir ki, bu qərar faktiki olaraq Qara dənizə daxil olan gəmilərin axınını məhdudlaşdırır. Bununla yanaşı, Novorossiysk limanı regionda Rusiyanın neft və taxıl ixracının əsas mərkəzlərindən biridir.
“Belə gecikmələr dünya ticarətində yeni çətinliklər yarada bilər. Çünki neft axınları artıq İran müharibəsi və Hörmüz boğazından keçən tədarük həcmlərinin azalması səbəbindən ciddi şəkildə pozulub.
Digər istiqamətlərə gedən gəmilərin isə, görünür, bu məhdudiyyətlərdən təsirlənmədiyi bildirilir. Gəmi izləmə məlumatlarına əsasən, Bolqarıstan, Rumıniya, Gürcüstan və Türkiyə limanlarına gedən gəmilər şənbə günü Dardanel boğazından keçərək şimala doğru hərəkətlərini davam etdiriblər”, - nəşr vurğulayıb.