Türkiyə qaz sahəsində Azərbaycanla əməkdaşlığa dair sənədi təsdiq edib

05.03.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası Sazişin təsdiq edilməsi haqqında Qanun martın 5-də, çərşənbə günü qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, sənədin mətni bu gün Türkiyə hökumətinin rəsmi qəzetində - “Resmi Gazete”də dərc olunub.

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə iki qardaş ölkə arasında qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası Saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.

Bu sənəd, həmçinin Bakı ilə Ankara arasında enerji sektorunda birgə investisiyalar üzrə əməkdaşlığı nəzərdə tutur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью