Türkiyə Qazaxıstan neftini dünya bazarına çıxaracaq

14.05.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Qazaxıstan neftini dünya bazarlarına nəql etmək istəyir. 

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana rəsmi səfərində həmkarı Qasım-Comərd Tokayevlə mətbuat konfransında Trans-Xəzər Şərq-Qərb dəhlizinin xüsusi regional əhəmiyyətdən danışıb.

Türkiyənin dövlət başçısı Orta Dəhlizi “İpək yolu”nun önəmli parçası adlandırıb.  

Ərdoğan dəhlizin əhəmiyyətinin hər keçən gün daha da artdığını bildirib və Ankaranın yük daşımaları və enerji ehtiyatlarının Qərb bazarlarına daşınması istiqamətində Qazaxıstan və digər tərəfdaşlarla işləməyə hazır olduğunu diqqətə çatdırıb.

O, əlavə edib ki, dünyanın aparıcı xam neft ixracatçılarından biri olan Qazaxıstandan daha böyük həcmdə nefti Türkiyə üzərindən qlobal bazarlara nəql edilə bilər.

Qeyd edək ki, Orta dəhliz Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyəni bir-biri ilə birləşdirir və şimal marşrutları ilə müqayisədə daha qısa və daha təhlükəsiz olan alternativ yoldur.

Türkiyə Mərkəzi Asiya regionundakı enerji resurslarını Avropaya daşınmasını təmin edən ölkədir və demək olar ki, regional enerji mərkəzinə çevrilir. 

Türkiyənin Qazaxıstanla münasibətləri starteji tərəfdaşlığı, ticarət, müdafiə və enerji sahələrini əhatə edir və hər iki ölkə iqtisadi inteqrasiyasnı dərinləşdirməyə sadiqdir. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью