Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri Yermek Koşerbayev və Hakan Fidan ikitərəfli ticarətin artırılması üzrə praktiki addımları müzakirə ediblər. SİA Qazaxıstan XİN-ə istinadən xəbər verir ki, məsələ Ankarada Qazaxıstan-Türkiyə birgə strateji planlaşdırma qrupunun 8-ci iclası çərçivəsində müzakirə olunub.
Ölkələr ikitərəfli və çoxtərəfli münasibətləri, o cümlədən siyasi, ticari-iqtisadi, investisiya, nəqliyyat-tranzit, texnologiya və mədəni-humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.
Koşerbayev qeyd edib ki, Türkiyə Qazaxıstanın ən iri ticari-iqtisadi tərəfdaşlarından biridir. Nazir həmçinin yüksək potensialı olan sektorlarda, xüsusən aqrar sahədə qarşılıqlı ticarətin artırılması üzrə praktiki addımların aktivləşdirilməsinin vacibliyini vurğulayıb. Xüsusi diqqət həmçinin investisiya əməkdaşlığına yönəldilib. Məlumata görə, Qazaxıstan iqtisadiyyatına Türkiyə investisiyalarının həcmi 5 milyard dolları keçib, Türkiyədə isə Qazaxıstanın investisiyaları 2,2 milyard dollardan çox təşkil edib.
Mətləb