Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə və Qətər arasında imzalanan beş saziş, o cümlədən Qarşılıqlı Müdafiə Anlaşması Qətər mediasında geniş işıqlandırılıb.
Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani arasında keçirilən görüşlərdən sonra müdafiə, ticarət, təhsil və diplomatiya sahələrini əhatə edən sənədlər imzalanıb.
Qarşılıqlı Müdafiə Anlaşması tərəflərin xarici təhdidlərə qarşı birgə mövqe nümayiş etdirməsini, hərbi təlimlər və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Qətərin “Əl-Cəzirə” telekanalı razılaşmanı regional təhlükəsizlik baxımından qiymətləndirərək Yaxın Şərq ölkələrinin müdafiə imkanlarını gücləndirməyə və xarici asılılığı azaltmağa çalışdığını vurğulayıb.
Birgə bəyanatda Qəzzanın bərpası, humanitar yardımların çatdırılması, eləcə də İran, Suriya və digər regional böhranlarla bağlı məsələlərə də toxunulub.