Türkiyə Rusiya danışıqları nəticəsiz bitdi: Ruslara tövsiyə...

31.01.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya və Türkiyə arasında “Mir” ödəniş sisteminin bərpası ilə bağlı danışıqlar nəticəsiz başa çatıb.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov RİA Novosti-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, kartların blokdan çıxarılması üçün artıq perspektiv yoxdur və o, Türkiyəyə gedən Rusiya vətəndaşlarına özləri ilə nəğd pul götürməyi tövsiyə edib.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Türkiyə bankları Rusiyanın ödəniş sistemləri ilə işləməkdən imtina etməyə başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью