Türkiyə Rusiya ilə yeni AES in tikintisi ilə bağlı danışıqlar aparır

21.05.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Rusiya da daxil olmaqla bir sıra ölkələrlə ikinci və üçüncü atom elektrik stansiyasının tikintisi layihələri ilə bağlı danışıqlar aparır.

“APA-Economics”in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.

Türkiyənin ilk nüvə stansiyası olan “Akkuyu” ilə bağlı (Rusiya tikir - red.) işlərin davam etdiyini bildirən nazir, tikintisi planlaşdırılan ikinci və üçüncü nüvə stansiyaları ilə bağlı da açıqlamalar verib.

“Rusiya, Cənubi Koreya və Çin ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi layihələrinə maraq göstərir. Onlarla yanaşı başqa ölkələr və şirkətlər də var ki, onlarla görüşlər aparırıq. Bunlardan biri də Kanadanın “Candu” şirkətidir”, - Alparslan Bayraktar vurğulayıb.

O qeyd edib ki, son nəticədə Türkiyə üçün ən faydalı olan seçim ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью