“Türkiyə Rusiya Ukrayna danışıqlarında böyük rol oynayır”

15.05.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

NATO-nun Baş katibi Mark Rutte İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında Türkiyənin böyük rol oynadığını açıqlayıb.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, o, bunu Antalyada keçirilən NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı öncəsi mətbuata açıqlama verərkən deyib.

“Türkiyə burada böyük rol oynayır, çünki Ankaranın bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələri var”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş baş tutacaq.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью