Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir Fidan

29.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İstanbul Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün ideal seçimdir.

"Unikal" TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Polşadan Ukraynaya gedən qatarda onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı bildirib.

"Biz nizamlanma işində irəliləyiş görməyə başladıq. Bütün aspektləri nəzərə alaraq, tərəflərin oturub razılaşması üçün bir yer lazımdır. Əslində, Türkiyə bunun üçün ideal seçimdir. Bildiyiniz kimi, Rusiya tərəfi Moskvaya səfərimdən dərhal sonra bunu (iyunun 2-də İstanbulda danışıqların aparılması təşəbbüsü) bəyan etdi. Bu, indiki məqamda mühüm hadisədir", - Fidan qeyd edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью