Türkiyə Rusiyanın Suriyadakı bazalarının çıxarılmasını dəstəklədi KONKRET

04.02.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Hakan Fidan ABŞ Konqresinin üzvü Joe Wilson-a bildirib ki, Ankara Rusiyanın Suriyadakı hərbi bazalarının ölkədən çıxarılmasını dəstəkləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Co Uilson ABŞ-ın Helsinki Commission-unda keçirilən dinləmələr zamanı açıqlama verib.

Onun sözlərinə görə, Suriyanın xarici işlər naziri Asaad al-Shaybani ilə söhbətində bildirib ki, vətəndaş müharibəsi zamanı Rusiya aviasiyasının zərbələrindən əziyyət çəkmiş Suriya xalqı “heç vaxt Moskvanın dostu olmayacaq”, hətta hazırda Dəməşqlə Moskva arasında münasibətlərdə müəyyən canlanma müşahidə olunsa belə.

Konqresmen qeyd edib ki, Türkiyənin Suriyanın şimalında hərbi mövcudluğunu artırması ABŞ-ın maraqlarına cavab verir və bu, Rusiyanın bölgədəki təsirini təbii şəkildə məhdudlaşdıraraq onun tam aradan qaldırılmasına doğru aparır.

Eyni zamanda Uilson İsraildə zəif və parçalanmış Suriyanın üstün tutulmasından təəssüf etdiyini bildirib.

Onun fikrincə, Rusiyanın bölgədəki mövcudluğunu Türkiyəyə qarşı “bufer” kimi qiymətləndirmək və bunu İsrail üçün təhlükəsizlik mexanizmi saymaq “intihar xarakterli addımdır”.

Bu açıqlamaların fonunda Rusiyanın hərbi nümayəndə heyəti Dəməşqə səfər edib. Nümayəndə heyətinə Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov rəhbərlik edib.

Suriya Müdafiə Nazirliyinin məlumatına görə, nümayəndə heyətini ölkənin Baş Qərargah rəisi Ali al-Naasan qəbul edib. Bildirilib ki, səfər bir neçə gün davam edəcək və “iki ölkənin maraqları naminə hərbi əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinə” xidmət edir.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью