Türkiyə Rusiyaya uçuşları dayandırdı 16 reys təxirə salındı

08.05.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Türk Hava Yolları Türkiyənin kurortlarından Rusiya şəhərlərinə, o cümlədən Moskvaya bütün uçuşları ləğv edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “RİA-Novosti” məlumat yayıb.

Qadağa daha çox Antalya, Dalaman və Bodrumdan uçuşlara aiddir. Turoperatorlar vəziyyəti həll etməyə çalışırlar.

Bu qərar Rusiya hava limanlarında uçuşların gecikmələri və ləğvi ilə bağlıdır. Məlumata görə, Antalyadan Moskva və Sankt-Peterburqa ən azı 16 reys təxirə salınıb. Aşağı büdcəli hava yolu şirkəti “Pegasus” hələlik uçuşların ləğvi ilə bağlı açıqlama verməyib.

Məlum olduğu kimi, Ukrayna PUA-larının hücumları ilə əlaqədar Rusiyanın bir neçə hava limanı uçuşlara məhdudiyyətlər tətbiq edib. Bu, Şeremetyevo, Vnukovo, Domodedovo, Jukovski, həmçinin Soçi və Kazan hava limanlarına təsir edib.

“AzPolitika.info”         

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью