Türkiyə: Sahildə tapılan pilotsuz qayıq ABŞ istehsalıdır

26.03.2026

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Milli Müdafiə Nazirliyi martın 21-də ölkə sahillərində aşkar edilən pilotsuz qayığın (kamikadze-dron) ABŞ-da istehsal olunduğunu açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, nazirliyin jurnalistlər üçün keçirdiyi brifinqdə verilən məlumatda deyilir:

"Ehtimal olunur ki, 21 mart 2026-cı il tarixində ABŞ istehsalı olan pilotsuz kater mühərriki sıradan çıxdıqdan sonra cərəyan vasitəsilə sahilə sürüklənib. Aparat Ordu vilayətinin Ünye rayonu sahillərində aşkar edilib və xüsusi təyinatlılar tərəfindən uğurla məhv edilib. Rusiya-Ukrayna müharibəsində geniş istifadə olunan PUA və pilotsuz dəniz aparatlarının idarəetməni itirməsi ilə bağlı risklər ciddi nəzarət altındadır".

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью