Türkiyə sahillərində neft tankerinə PUA hücumu olub

08.01.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Türkiyə sahillərində Palau bayrağı altında üzən neft tankerinə pilotsuz uçuş aparatı hücum edib.

"Unikal" xəbər verir ki, bu  barədə "Ortadoğu Gazetesi" qəzeti yazıb. 

""Elbus" tankerinin üst hissəsi Kastamonudan 50 km aralıda zədələnib. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Tanker hazırda İnebolu limanına yedəklənir. Ətraflı yoxlama gözlənilir",- KİV yazıb. 

Nəşr qeyd edir ki, hücumun mənbəyi və dəyən ziyanın miqyası istintaq başa çatdıqdan sonra müəyyən ediləcək. Hakimiyyət orqanları hücumun mahiyyətini və bölgədəki təhlükəsizlik vəziyyətini yaxından izləyir.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью