Türkiyə səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

08.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

8 Noyabr - üçrəngli Azərbaycan bayrağının azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qardaş Azərbaycan xalqını 8 Noyabr - Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət diləyir, yaxınlarına və döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı, uzun və sağlam ömür arzulayıram", - diplomat qeyd edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью