Türkiyə səfiri Birol Akgün Hikmət Hacıyevlə görüşdü | Icma.az
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş keçirib.
Sfera.az xəbər verir ki, Türkiyənin diplomatik missiyasının sosial şəbəkə hesabında verilən məlumata görə, səfir Birol Akgün Hikmət Hacıyevə nəzakət ziyarəti edib.
Görüş zamanı iki ölkə arasında əməkdaşlıq, regional və beynəlxalq proseslər müzakirə olunub.
Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu