Türkiyə səfiri Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb

17.02.2025

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Fələstin Dövlətinin Bakıdakı səfirini ziyarət edib.

AzPost bildirir ki, bu barədə Fələstinin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə iki ölkə və xalqlar arasında tarixi əlaqələri, eləcə də Azərbaycan Respublikası ilə qardaşlıq münasibətləri müzakirə olunub.

Hər iki səfir eyni zamanda regionda baş verən son hadisələri müzakirə edib. Fələstin səfiri legitimlik, beynəlxalq hüquq və insan haqları prinsiplərinə əsaslanan Fələstin probleminə verdiyi prinsipial və qəti dəstəyə görə Türkiyəyə təşəkkür edib.

“TikTok”da izləyin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью