Türkiyə səfirliyi: Nazirliyimiz tərəfindən verildiyi iddia edilən açıqlama, həqiqəti əks etdirmir

05.04.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bəzi sosial media mənbələri tərəfindən, Azərbaycanda məhkəmə prosesləri davam edən Qarabağdakı keçmiş qondarma erməni administrasiyasının üzvləri ilə bağlı Nazirliyimiz tərəfindən verildiyi iddia edilən açıqlama, həqiqəti əks etdirmir”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

“Biz ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür əsassız yazıları pisləyirik. Nazirliyimizin rəsmi açıqlamalarını https://www.mfa.gov.tr/aciklamalar-genel.tr.mfa ​​linki vasitəsilə əldə etmək olar”, - deyə vurğulanıb.

Qeyd edək ki, bir sıra erməni sosial media hesablarında Türkiyə Xarici İşlər Nazirliyinə aid olduğu iddia edilən feyk xəbərlər yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью