Türkiyə Səfirliyindən Azərbaycana bayram təbriki

28.05.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin ölkəmizdəki səfirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabındakı paylaşımda bildirilib.

"Kədəri və sevinci birlikdə bölüşdüyümüz qardaş Azərbaycanın Müstəqillik Gününü ən səmimi arzularımızla qeyd edirik.

"Bir millət, iki dövlət" anlayışı əsasında formalaşan müstəsna münasibətlərimizi ortaq tariximiz, möhkəm qardaşlığımız və qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq daha da inkişaf etdirməyə davam edəcəyik.

Müstəqillik Gününüz mübarək!", - paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью