Türkiyə Səfirliyinə hücum: 2 nəfər saxlanılıb | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin-Tiergarten bölgəsində Türkiyə Cümhuriyyətinin Səfirliyinin divarı gecə saatlarında bir qrup tərəfindən boyanıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə ilə bağlı polis 19 və 20 yaşlarında olan iki nəfəri saxlayıb.
Əldə edilən məlumatlara görə, təxminən 40 nəfərlik qrup Səfirliyin divarını qırmızı boya ilə boyayıb, binanın önündəki səkiyə isə ağ boya ilə şüarlar yazıblar.
Qrup, həmçinin yaxınlıqdakı Cənubi Afrika Səfirliyinin divarına da zərər vurub və tüstü bombaları partladıb.
Hadisə yerinə gələn polis qrupları qrupun ərazidən qaçdığını müəyyən edib. Saxlanılan iki nəfər isə ətraf ərazidə yaxalanıb.
Hadisə ilə bağlı təhqiqat Berlin Əyalət Kriminal İdarəsinə bağlı Polis Dövlət Təhlükəsizlik bölməsi tərəfindən aparılır.
Nigar Hacılı "Cebheinfo.az" Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu