Türkiyə Səfirliyinin müşaviri Cihangir İşbilir SƏS Media Qrupunun qonağı olub FOTOLAR | Ic…
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Türkiyə Səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir SƏS Media Qrupunun qonağı olub.
SİA xəbər verir ki, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevlə görüşən müşavir səmimi qəbula görə ona təşəkkürünü bildirib.
Müşavir redaktorla media və informasiya sahəsində müxtəlif layihələrin reallaşdırılması, eyni zamanda bu barədə əməkdaşlığın gərçəkləşdirilməsi ilə bağlı müzakirələr aparıb.
Cihangir İşbilir Azərbaycan və Türkiyə dövlətləri arasında hər bir sahədə olan qardaşlıq münasibətlərinin kütləvi informasiya vasitələri sahəsinə də sirayət etdiyini vurğulayıb: “Sabah Kahramanmaraş zəlzələsinin ildönümüdür.
Mənim özümdə Kahramanmaraşdanam. Həmin dönəmlərdə azərbaycanlı qardaşlarımızın bizə göstərdiyi diqqət və köməyi unutmaq olmaz.
Cənab Prezident İlham Əliyevin bizə göstərdiyi diqqət və qayğını heç vaxt unuda bilmərik.
Bura gələn zaman da Kahramanmaraşda olan Azərbaycan məhəlləsini gəzib, elə gəldim. Oradakı bütün vətəndaşların salamını sizə gətirmişəm.
Tam oxu
Xəbəri oxu