Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin cənubunda yerləşən Adana bölgəsində səhər saatlarda 5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar daha dörd regionda hiss edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, seysmik hadisədən sonra itki və dağıntı barədə hələlik məlumat daxil olmayıb.
AFAD mütəxəssisləri və digər aidiyyəti qurumlar ərazidə araşdırmaları davam etdirir, rəsmilər vəziyyətin inkişafını diqqətdə saxlayırlar.