Türkiyə səhəri zəlzələ ilə açdı

22.10.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bu gün səhər saatlarında Türkiyənin Muğla şəhərinin Ortaca rayonunda zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 4.5 bal gücündə zəlzələ səhər saat 5:45-də qeydə alınıb.

Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Dağıntı və insan itkisi qeydə alınmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью