Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hələb şəhərinin əl-Hədaba bölgəsində Suriya ordusuna məxsus hərbi ərazidə ard-arda baş verən güclü partlayışlar nəticəsində 4 nəfər yaralanıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb. Məlumata əsasən, səlahiyyətli qurumlar partlayışların mənbəyi və səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb. Hələb Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi Əməliyyatlarının rəhbəri Faysal Məhəmməd Əli bildirib ki, partlayışlar davam etdiyi üçün ilkin mərhələdə axtarış-xilasetmə və təcili tibbi yardım qrupları əraziyə daxil olmaqda çətinlik çəkib.
Sonradan bölgəyə daxil olan Mülki Müdafiə əməkdaşları 4 yaralını təxliyə edib. Sakinlərin təhlükəsizliyini təmin etmək və təxliyə işlərini sürətləndirmək məqsədilə yaxınlıqdakı evlər boşaldılıb, əraziyə aparan yollar isə nəqliyyatın hərəkəti üçün bağlanıb. Suriyanın rəsmi əl-İxbariyyə televiziya kanalı da bölgədə şiddətli partlayışların baş verdiyini və hadisənin xarakterinin araşdırıldığını bildirib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin