Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan cəmiyyəti bu gün Türkiyə, Rusiya, ABŞ və digər ölkələrdən gələn estetik və mədəni təsirlərə məruz qalır. Bu təsirlər əsasən audio-vizual məhsullar, televiziya serialları və sosial şəbəkələr vasitəsilə yayılır. "Facebook", "Instagram" və "TikTok"da yayılan vizual məzmunlar kütlələrin düşüncə tərzinə ciddi təsir göstərir. Xüsusilə uşaqlar və yeniyetmələr türk serialları və cizgi filmlərinin təsiri altında formalaşır.
Mövzu ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov Demokrat.az-a bildirib ki, yeni nəsil daha çox türk və bəzən də ingilis dilində düşünür və danışır:
"Türk seriallarının təsiri xüsusilə güclüdür, çünki dil və mədəniyyət baxımından bizə yaxındır. Türk serialları əsasən ailə dramları üzərində qurulsa da, təqdim olunan ailə modelləri real dəyərlərə uyğun gəlmir. Bu mövzu ilə bağlı Türkiyənin özündə də ciddi etirazlar var. Televiziya qurumlarına və məhkəmələrə seriallarda göstərilən ailə modelinin cəmiyyətin real strukturunu əks etdirmədiyi barədə çoxsaylı şikayətlər daxil olur".
O bildirib ki, bəzi hallarda bu cür həyat tərzi ayrı-ayrı şəxslərin həyatında mövcud ola bilər:
"Lakin bunun orta və aşağı təbəqə üçün ümumi model kimi təqdim edilməsi düzgün deyil. Azərbaycanda yayımlanan yerli və Türkiyə istehsalı serialların əksəriyyəti gənclərin düşüncəsinə mənfi təsir göstərir, ailə və mədəni dəyərləri zəhərləyir.
Bu təsirlər ailə münasibətlərinə və həyat tərzinə də sirayət edir. Qadınlarımız özlərini xarici görünüş olaraq seriallardakı qadınlara bənzədirlər. Xarici modellər ideal kimi təqdim olunur, yerli dəyərlər isə arxa plana keçir. Problemin əsas səbəbi ailə dəyərlərinin qorunması və inkişafı ilə bağlı sistemli konsepsiyanın olmamasıdır. Aidiyyəti qurumların institusional və maarifləndirici imkanları məhduddur".
Kulturoloq deyib ki, yalnız inzibati tədbirlərlə və ya serialların yayımını dayandırmaqla bu problemin həlli mümkün deyil.
"İnternet üzərindən həmin məzmunlara baxış davam edir. Bu sahədə ekspertlərin, sosioloqların və mədəniyyət tədqiqatçılarının iştirakı ilə uzunmüddətli və ciddi analizlər aparılmalıdır. Əks halda bu təsirlər daha da güclənəcək, qeyri-qanuni şəkildə uşaq dünyaya gətirən qadınların baş rol olduğu daha çox veriliş görəcəyik"- deyə o bildirib.
Qeyd edək ki, "NOW TV"də yayımlanan "Kıskanmak" serialı türk ailə dəyərlərinə zidd olan və əxlaqi sərhədləri aşan ssenarisi eyni evdə yaşayan üç qadının öz həyat yoldaşlarından deyil, yaxın qohumlarından (qayın və qardaş) və ev xidmətçisindən hamilə qalması ilə bağlı qalmaqallı süjet xətti səbəbindən geniş kütlənin qəzəbinə tuş gəlib və RTÜK-ə minlərlə şikayət ünvanlanıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Mövzu ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov Demokrat.az-a bildirib ki, yeni nəsil daha çox türk və bəzən də ingilis dilində düşünür və danışır: