Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalamaq niyyətindədirlər.
XQ "Reuters"ə istinadən xəbər verir ki, sənədin cümə günü Ər-Riyadda imzalanması planlaşdırılır.
Sazişin təfərrüatları hələ açıqlanmır.
Daha əvvəl Türkiyə Prezident Administrasiyası dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın avqustun 7-də Səudiyyə Ərəbistanına işgüzar səfər edəcəyini və orada Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman əl-Səud, eləcə də Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcəyini təsdiqləyib.