Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanında hərbi kontingentin yerləşdirilməsinə icazə verən sənədi parlamentə təqdim etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, “Reuters” bu barədə hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan deputata istinadən məlumat yayıb.
Deputatın sözlərinə görə, sənəd Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bağlanmış birgə müdafiə üzrə Məkkə sazişi ratifikasiya edildikdən sonra parlamentə təqdim olunacaq.
İlk mərhələdə Səudiyyə Ərəbistanına müdafiə dəstəyi göstərmək üçün texniki heyət və mütəxəssislərin göndərilməsi nəzərdə tutulur. Dəstək hava hücumundan müdafiə və radioelektron mübarizə imkanlarının gücləndirilməsini əhatə edəcək.
Mənbə xaricdə yerləşdirilən Türkiyə bölmələrinin hücum əməliyyatlarına cəlb olunmayacağını bildirib.