​Türkiyə səxavətli mövqe nümayiş etdirib Diplomat | Icma.az
Icma.az bildirir, Metbuat portalına istinadən. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Sudan xalqına səxavətli mövqe nüm
Metbuat.az xəbər verir ki, Sudanın xarici işlər naziri Əli Yusuf belə açıqlama verib.
O bildirib ki, ölkədəki münaqişələr nəticəsində infrastruktur, iqtisadiyyat, təhsil, səhiyyə kimi sahələrdə ciddi dağıntılar olub.
Türkiyənin Sudanın suverenliyinə dəstəyini bütün platformalarda açıq şəkildə ifadə etdiyini bildirən Yusuf, Türkiyənin ölkəsinə siyasi dəstəyindən danışıb.
Diplomat Sudanla bağlı probemlərin həll edilməsi üçün Ərdoğanın uğurlu siyasət yürütdüyünü ifadə edib.
O, Ərdoğanın Türkiyənin Sudan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mübahisələrin həlli üçün vasitəçilik edə biləcəyi ilə bağlı təklifinə diqqət çəkərək, Sudanın bunu məmuniyyətlə qarşıladığını qeyd edib.
Qeyd edək ki, Sudanda ordu ilə üsyançılar arasında qarşıdurmalar davam edir.
Tərəflər arasında hərbi islahatlar və inteqrasiya kimi məsələlərdə fikir ayrılıqları var.
Tam oxu
Xəbəri oxu