Türkiyə silahlı qüvvələri bu kəndi vurdu

08.01.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə ordusu Suriyanın şimalında yerləşən Suluk kəndinə zərbələr endirib.

Redaktor.az bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, kəndin cənub əraziləri bombalanıb. Dağıntı və tələfat barədə informasiya yoxdur.

Yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) 32 silahlını məhv edib. Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə təhdid hesab edir və mütəmadi olaraq onun ölkədəki tərəfdarlarına qarşı reydlər, Suriya və İraqın şimalında əməliyyatlar keçirir. 

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью